- Baxış sayı: 33
- 07 Aprel 2025 18:12
- Baxış sayı: 67
- Aprel 04, 2025
- 0
Azərbaycan ağırlıqqaldırma federasiyasının mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə növbəti iclas keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda yığma komandaların məşqçiləri ilə yanaşı inzibatı heyətin əməkdaşları da iştirak ediblər. İclasda yığma komandanın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və gələcək yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib. Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.