- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Olimpiya Komitəsi ağırlıqqaldırma növünün Paris-2024-ün proqramında saxlanılması məsələsini təxirə salıb. Allsport.az saytı xəbər verir ki, bu barədə təşkilatın kommunikasiya direktoru Mark Adams Tokioda keçirilən mətbuat konfransında deyib.
Son olimpiadalarda idmançıların daha çox dopinqə düşməsi və bu səbəbdən əksər nəticələrin ləğv olunması ağırlıqqaıdırmanın olimpiya ailəsindən çıxarılması məsələsini gündəmə gətirib.
“BOK vəziyyətin monitorinqini davam etdirir və Aşqabadda keçirilmiş dünya çempionatında götürülmüş nümunələrin dopinq-testinin nəticələrini gözləyir. Müsbət addımlar da atılıb, lakin bu idman növünün 2024-cü il olimpiya oyunlarına daxil edilməsi hələ də sual altındadır” – Mark Adams əlavə edib.