- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

Samir Abbasov “Neftçi”nin baş məşqçisi kimi çempionatda 30-cu qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, yubiley premyer liqanın X turuna təsadüf edib.
Paytaxt təmsilçisi doğma meydanda “Səbail”ə qalib gəlib – 3:1. Bu, Abbasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə “ağ-qaralar” premyer liqada 29 dəfə qalib gəlmişdi.
Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.