- Baxış sayı: 72
- 19 Mart 2026 16:25
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycan badminton federasiyasının yeni prezidenti Taleh Ziyadov jurnalistlər üçün brifinq təşkil edib. Allsport.az saytı xəbər verir ki, o, əsas hədəfin bu idmanın ölkədə inkişafı, yeni nailiyyətlərin qazanılması və qarşıdakı yarışlarda, o cümlədən olimpiya oyunlarında Azərbaycanı təmsil etmək olduğunu deyib:
“Olimpiadaya hazırlıq üçün uşaqları 11-12 yaşından yetişdirmək lazımdır. Məşqlərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır.
Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiklərini görəcəksiniz. 2028-ci il Los-Anceles olimpiadasında yerli idmançı görə bilərik. Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”.