ABŞ-li döyüşçü rəqibi tənqid edib

UFC-nin orta çəkili idmançısı Brendan Allen, Parisdə turnirində 5 raundluq döyüş keçirmək istəmədiyinə görə Nassurdin İmavovu tənqid edib. Allsport.az saytı xəbər verir ki, bu matç sentyabrın 28-də baş tutacaq gecənin əsas tədbiri sayılacaq. Lakin mübarizə 3 raunddan ibarət olacaq.

“Bəzi insanlar qalib gəlmək üçün hər şeyə ehtiyac duyurlar. Fərqi yoxdur, qalib mən olacam. Beş raundluq döyüşə razılaşdım. Mən bunun tərəfdarı idim. Əsas yarışda öz divizionunda 10 və 12 nömrəli oğlanlar olacaq, biz isə çəki dərəcəmizdə 4 və 7 nömrəliyik. Döyüşümüz kəmər uğrunda mübarizəyə mütləq təsir edəcək”, – 28 yaşlı amerikalı gileylənib.

Həmin kateqoriyadan