Abubakardan rekord

“Neftçi”nin futbolçusu Vensan Abubakar Azərbaycan premyer liqasındakı debütündə ardıcıl 2 oyunda qol vurub. 

Allsport.az xəbər verir ki, kamerunlu hücumçu IX turun “Qəbələ” (2:0) və X turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. Hər görüşdə 1 dəfə fərqlənən afrikalı forvard premyer liqanın son 6 mövsümündə ilk iki qarşılaşmanı qolsuz tərk etməyən yeganə debütantdır.

Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.

Kamerunlu ulduz futbolçunun üstünlüyü həmin turlar arasında keçirilmiş Azərbaycan kubokunun 2-ci ələməsində “Neftçi” – MOİK görüşündə 2 dəfə fərqlənməsidir.

Həmin kateqoriyadan