“Abubakar bizim üçün əlçatmaz idi”

“Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsində MOİK-i darmadağın edib- 6:2. Allsport.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov bunu deyib:

“Abubakarı vaxtında gətirə bilməzdik, bizim üçün əlçatmaz idi. Çünki Azərbaycan premyer liqası belə futbolçuların can atdıqları yer deyil. Biz sırf Abubakarın dalıyca qaçmamışdıq, yəni ad axtarmamışıq.

Cərimə meydançasının içində bir toxunuşu ilə səviyyəsini göstərən hücumçu axtarmışıq. Həmin ərəfədə yetərincə adlar da var idi. Bizim üçün ən idealını seçmişik və gətirmişik. Lakin mən sırf adın üstündə dayanmağın əleyhinəyəm. Bütün futbolçular oynayır. Digər futbolçuların etdiklərini də görürəm.

Oyuna gəlincə, kubok turniri bizim üçün həmişə çətin olub, amma “Neftçi” elə komandadır ki, onun üçün hər növbəti oyun prioritetdir. Çətin olmasına baxmayaraq, hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Hər oyunun vacibliyini anlayırıq, təzyiqi də hiss edirik. Buna görə də rəqibin fərqi yoxdur”.

Həmin kateqoriyadan