Bakı-2015-in açılışına iştirakçı dinləmələri keçirilib

Bakı 2015-in açılışında çıxış edəcək iştirakçılar üçün dinləmələrə start verilib. Allsport.az saytı xəbər verir ki, tədbirin bədii direktoru Dimitris Papaioannou İdmançılar kəndində könüllüləri rəqs nömrələrinə hazırlayan komandanın tərkibində olub. Avropa Oyunlarının açılışı Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, o cümlədən yarışlarda iştirak edəcək bütün idmançıların qürur hissi duymasına səbəb olacaq.

Bakı 2015-in mərasimlər komandası iştirak arzusu, enerjisi və istəyi olan iştirakçıları cümə günü, 12 iyun tarixində yeni tikilmiş Milli Stadionda öz ölkələrini təmsil etməyə hazırlayacaq. Bu kollektivin direktoru Katerin Uqvu bildirib: “Cəlb ediləcək 6000 nəfər könüllü iştirakçı Avropa Oyunlarına ev sahibliyi edən Azərbayanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda çıxış etmək imkanı qazanacaq.

Bakı 2015-in açılış mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hiss idi və mən əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik”.

Afina-2004-ün bədii direktoru qismində gördüyü işlərlə böyük rəğbət qazanmış Papaioannou deyib: “İştirakçı dinləmələrinə başladığımız üçün çox həyəcanlıyıq və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edirik”.

Bu arada, Bakı 2015 həyəcanını paylaşmaq üçün “Ailə günü” tədbiri keçirib. İşçi heyətinin ailə üzvləri gimnastika və qılıncoynatma idman növləri üzrə nümayişləri izləmək, canlı musiqidən zövq almaq və oyunların açılışında geri sayımı qeyd etmək üçün Bakı 2015-in baş ofisinə dəvət olunub. Hazırda Bakı 2015-in işçi heyətində dünyanın 43 ölkəsindən 1200-dən çox nümayəndə təmsil olunur.

Family Day One Family Day Two

Həmin kateqoriyadan