Acundan Pərvizlə bağlı şok sözlər

“TV8” telekanalında yayımlanan “Survivor” verilişinin aparıcısı Acun Ilıcalı yarışmanı tərk azərbaycanlı kikboksçu Pərviz Abdullayevlə bağlı danışıb.

Allsport.az xəbər verir ki, o, Pərvizin verilişi tərk etməsindən sonra yaranan narazılığa münasibət bildirib:

“Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu haqsızlıq olardı. Bütün ölkənin vətəndaşları Pərvizə səs verib onu qalib edəcəkdi. Bu isə düzgün olmazdı. Pərviz güclü iştirakçı idi. Ancaq bu yarışda təmkinlə mübarizə aparmaq işə yaramır. Lazım olanda xarakter nümayiş etdirməlisən. Pərviz passiv oldu və yarışla vidalaşdı”.

Həmin kateqoriyadan