ADBTİA-da yerli həkimlərə idman tibbi bərpası üzrə seminar keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı, Amerika – Avstriya Fondunun və Vyana Tibb Universitetinin dəstəyi ilə ölkənin tibb sahəsində çalışan mütəxəssislər üçün “Tibbi reabilitasiya” üzrə elmi-praktik seminar keçirilib.

Allsport.az saytı xəbər verir kii, 2 gün davam edən seminarda Vyana Tibb Universitetinin və Vyana Mərkəzi Xəstaxanasının baş mütəxəssisi, Fiziki Təbabət və Reabilitasiya kafedrasının dosenti Gerald Ebenbixler “Onurga sütunu ağrı sindromu”, “Əzələ-skelet sindromlarında ağrının müalicəsi və reabilitasiyası”,” Yaşlı insanlarda ağrının müalicəsi və reabilitasiya xüsusiyyətləri”, “İntensiv terapiya şöbələrində reabilitasiya”, “Ümumdünya Səhiyyə Təşkilatının Funksionallıq”, “Əlillik və Sağlamlığın Beynəlxalq klassifikasiyası və onun təcrübədə istifadəsi” mövzularında mühazirələri ilə geniş auditoriya qarşısında çıxış edib.

Tədbirdə Bakı şəhərində və Azərbaycanın regionlarında yerləşən müxtəlif özəl klinikaların həkimləri, Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə, fizioterapiya və tibbi reabilitasiya, travmatologiya, alqologiya, nevrologiya üzrə mütəxəssisləri, rezidentlər, Əhalinin Əmək və Sosial Müdafiyəsi Nazirliyinin nəznində reabilitasiya mərkəzlərində çalışan həkimlər və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” ixtisası üzrə magistrantları iştirak ediblər.

Görüş zamanı Gerald Ebenbixler təkçə nəzəri deyil, həmçinin praktik mövzulara toxunaraq, Avstriyada tibbi və idman reabiliyasiya sahəsində aparılan tədqiqatlardan danışdı və seminar iştirakçıları ilə konkret klinik halları müzakirə etdi.

Bu cür seminarların əsas məqsədi, Avropa tibbi reabilitasiyası sahəsində olan təcrübəni Azərbaycana gətirmək, bu sahəni genişləndirərək müasir tələblərə uyğun olan yerli mütəxəssislərin yetişdirilməsidir.

Həmin kateqoriyadan