“Adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq”

“Sumqayıt” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

Allsport.az xəbər verir ki, “kimyaçılar” Qəbələdə eyniadlı komanda ilə qarşılaşıb.

Matç “Qəbələ”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç görüş barədə bunu söyləyib: “Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq”.

Həmin kateqoriyadan