“Adidas” və məşhur fələstinli model bu idman ayaqqabısının təbliğinə görə İsraildən üzr istəyib

Fələstin əsilli amerikalı model Bella Xədid sosial şəbəkələrdə Münxen-1972 olimpiadası üçün istehsal olunmuş “Adidas” idman ayaqqabılarının reklamında iştirak etdiyi üçün üzr istədiyi yazı dərc edib. Allsport.az saytı xəbər verir ki, o zaman oyunlarda faciə baş vermişdi: Fələstin terror təşkilatı “Qara sentyabr” İsrailin olimpiya komandasının 11 üzvünü girov götürmüşdü, sonradan onlar hamısı ölmüşdü.

“Bu kampaniyaya göstərilən həssaslığın olmaması məni şoka saldı, üzdü və məyus etdi. Əgər bu barədə əvvəlcədən bilsəydim, bunu ürəkdən deyirəm, heç vaxt bu işdə iştirak etməzdim. Komandam bilməli idi, “Adidas” bilməli idi və mən də buna baxmalıydım” – model açıqlama verib.

Bella Xədid 27 yaşlı amerikalı model, fələstinli mühacir və multimilyonçu Məhəmməd Xədidin qızıdır. O, dəfələrlə Qəzza sakinlərinə dəstək ifadə edir, həmçinin mütəmadi olaraq mənşəyini və İslama bağlılığını vurğulayır.

Həmin kateqoriyadan