Adil Əliyev: İlin sonunda ümummilli liderin xatirəsinə Almaniyada peşəkar döyüşlər olacaq

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksun bir neçə versiyası üzrə dünya çempionatında millimiz 2 qızıl, elə bu sayda gümüş və 5 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, böyük uğur münasibəti ilə bu gün “İzmir” restoranında tətbir keçirildi. Fərqlənənlər mükafatlandırılandan sonra, AKF-in prezidenti Adil Əliyev jurnalistlərə açıqlama verdi:

“Dünya çempionatına 21 idmançı ilə qatıldıq. 60 ölkə arasında 10-cu yerə çıxdıq. Nəticəmiz ürəkaçandır. Bildiyiniz kimi, dünya kikboksinq assosiasiyasının (WAKO) prezidenti Roy Beyker dəvətimizə əsasən Bakıda oldu. O ilk dəfə 2010-cu ildə, paytaxtımızda keçirilən Avropa çempionatı zamanı olmuşdu. Səfər çərçivəsində idman qurğularına baxdı, gənclər və idman naziri Azad Rəhimovla görüşdü və artan inkişafla yaxından maraqlandı. O, bizdən razı getdi. Geniş oxucu kütləsi olan WAKO-nun saytında ölkəmizi təriflədi.

Qonaq Azərbaycanı bölgənin kikboksinq mərkəzi elan etdi və bildirdi ki, AKF-in buna haqqı çatır. Azad müəllimlə bunu müzakirə etmişik. İnşAllah, infrastrukturumuz olarsa, akademiya aça bilərik və çoxlu yarışlara ev sahibliyi imkanı qazanarıq.

Noyabrın sonunda Antalyada bir neçə növ başqa dünya çempionatı keçiriləcək. O yarışada qatılacağıq. Dekabr ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə Azərbaycanla Almaniya arasında Dyusburq şəhərində peşəkarlar arasında döyüşlər olacaq. Məlum olduğu kimi, WAKO versiyası olimpiya proqramına daxil olub. 2023-cü ildə Polşanın Krakov şəhərində 3-cü Avropa oyunlarında da yer alacaq. Qarşıda görüləsi çox işimiz və qazanılası çox uğurlar var”.

Həmin kateqoriyadan