- Baxış sayı: 30
- 18 Mart 2026 17:27
- Baxış sayı: 295
- Mart 16, 2026
- 0

Dik Advokat “Feyenoord”un məşqçilər heyətində məsləhətçi funksiyasını yerinə yetirəcək.
Allsport.az xəbər verir ki, 78 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər baş məşqçi Robin van Persiyə kömək edəcək.
Advokat rəsmi vəzifə tutmayacaq və oyunlar zamanı ehtiyat oyunçular skamyasında əyləşməyəcək. Mütəxəssis yeni fəaliyyəti barədə bunları deyib: “”Feyenoord”a və xüsusilə Robin van Persiyə mövsümü uğurla başa vurmaqda kömək etmək istəyirəm. Robini 20 ildir tanıyıram, hər zaman yaxşı münasibətimiz olub. Mən burada məşqçi olanda o, öz biliklərini oyunçularımızla paylaşırdı, indi isə mən ona dəstək olacağam”.
Fevralda Dik Advokat Kürasao millisini tərk edib. O, sözügedən komandanı tarixində ilk dəfə DÇ-2026-ya yüksəltməyi bacarıb.