- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA kütləvi futbol konfransı və mükafatlandırma mərasimində iştirak ediblər.
Allsport.az xəbər verir ki, UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin qatıldığı konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.
Toplantıda, həmçinin, müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib. UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.