- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
AFFA-nın intizam komitəsi bu gün keçirilən iclasda yeni qərarlar qəbul edib. Allsport.az xəbər verir ki, premyer liqanın 22-ci turunun oyunlarnın müzakirəsindən sonra 4 klub cərimələnib.
“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Səbail” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” klubunun 28 nömrəli futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimə olunub.