- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov həbs oluna bilər. Allsport.az saytı xəbər verir ki, buna səbəb “Alkorkon”un yarımmüdafiəçisinin 2015-ci ildə hərəkətidir. O vaxt İspaniya Sequndasında “Eybar”ın formasını geyinən orta sahə oyunçusu komanda yoldaşları Serji Enrix və Antonio Manuel Lunanın iştirakı ilə çəkilən seks məzmunlu videonu yaymaqda günahlandırılır.
Həmin vaxt qadınla intim əlaqədə olan futbolçular bunu videoya çəkərək ona. Milli üzvü bunu sosial şəbəkə vasitəsilə yayıb. Vəkil qadının razılığı olmadan həmin anların videoya çəkilməsi və yayılmasına görə, hər 3 oyunçunun 2 ildən 5 ilədək həbsini tələb edib.
Futbolçular günahlarını etiraf edərək, zərərçəkəndən üzr istəyiblər. İstintaq başa çatdıqdan sonra məsələ ilə bağlı hökm oxunacaq.
Xatırladaq ki, baş katib Elxan Məmmədovun miliyə dəvət etdiyi Eddi İsrafilov 2015-ci ildən bizdə 8 oyun keçirib. Apasport.az-ın məlumatına görə, o, Azərbaycan yığmasında oynamaq üçün AFFA-dan 1 milyon dollar istəmişdi.