- Baxış sayı: 36
- 31 Mart 2026 21:42
- Baxış sayı: 781
- Mart 30, 2026
- 0

AFFA intizam komitəsi “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovu 5 oyunluq cəzalandırıb.
Allsport.az xəbər verir ki, buna səbəb 46 yaşlı mütəxəssisin I divizionun XII turunda “Kəpəz”lə oyunun 33-cü dəqiqəsində hakimə qarşı təhqiredici ifadələr işlətməsidir. Klub buna görə 400 manat cərimə ödəməli olacaq.
Qurbanova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.