- Baxış sayı: 19
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

AFFA intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, qurum Azərbaycan premyer liqasının III turunda baş verənlərlə bağlı qərar qəbul edib.
“Turan Tovuz”la oyununun 55-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu isə 3000 manat cərimə edilib.
Eyni oyunda “ağ-qaralar” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 2000 manat cərimə edilib.
“Sabah”la oyunda meydana gec çıxan “İmişli” komandası isə 3000 manat ziyana düşüb.