AFFA-dan “Simurq”a və Amil Ağacanova sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 35-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Bakı” – “Neftçi” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Bakı” – “Neftçi” matçında diktorun olmamasına görə “Bakı” klubuna ciddi xəbərdarlıq olunur. Bu hal təkrarlanacağı halda kluba cəza veriləcək.

AZAL – “Simurq” matçının 21-ci dəqiqəsində “Simurq”un futbolçusu Amil Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 21-ci dəqiqəsində “Simurq”un futbolçusu Amil Ağacanov qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klubu 5000 manat cərimə olunub.

Həmin kateqoriyadan