- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Avropa liqasının “A” qrupunun 2-ci turunda “Qarabağ”ın səfərdə “Düdelanj”a qarşı oyunda baş verən erməni təxribatına AFFA da etiraz edib. Allsport.az saytı xəbər verir ki, matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Bu gün qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
Xatırladaq ki, görüşün 31-ci dəqiqəsində, 2-ci qolumuzdan sonra meydanın üzərində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz olayda baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə sona yetib.