AFFA icraiyyə komitəsinin təcili iclasında nə müzakirə edilib?

Avro-2020-nin seçmə qrupunda Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın icraiyyə komitəsinin təcili toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu toplantıda son 2 oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub.

Xorvatiyalı mütəxəssis icraiyyə komitəsinə qısa hesabat verib və yaxın günlərdə ətraflı hesabat təqdim olunacağını bildirib. Ümumi rəyi belə olub ki, yığmaya dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.

Həmin kateqoriyadan