- Baxış sayı: 36
- 14 Mart 2025 22:51
- Baxış sayı: 54
- Mart 14, 2025
- 0
ARDNŞ-in inzibati binasında AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar futbol liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025-2026-cı illər mövsümü üçün elitaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.
AFFA icraiyyə komitəsi tərəfindən 2025-2026-cı illər mövsümündə Azərbaycan premyer liqasında komanda sayının artırılması ilə əlaqədar yüksək dəstəyə yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il premyer liqaya yüksələcək komandalara şamil ediləcək.
İcraiyyə komitəsi AFFA-nın növbəti hesabat konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti hesabat konfransı 11 apreldə keçiriləcək. Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA intizam komitəsindən ayrılması təsdiqlənib.