AFFA millimizin siqaret çəkən üzvlərini cərimələyib

AFFA 19 yaşlı millinin Avropa çempionatının ilkin mərhələsinin Çex Respublikasnda keçirilən qrup oyunları müddətində intizam qaydalarını pozan – siqaret çəkən üzvlərini cərimələyib.

Allsport.az saytı xəbər verir ki, məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.

İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.

Həmin kateqoriyadan