AFFA “Neftçi”nin məşqçisi ilə bağlı cəzanı yarıbayarı azaltdı

AFFA-nın apellyasiya arbitraj tribunalı premeyr liqanın 3-cü turunda “Neftçi – “Sumqayıt” matçı ilə bağlı qərarı dəyişib. Allsport.az saytı xəbər verir ki, flaqmanın məşqçisi Etibar Tarıverdiyevlə bağlı cəza yumşaldılıb:

“Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 sentyabr 2019-cu il tarixində, 2019/2020 mövsümündə, 28-ci Premyer liqanın 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə, AFFA intizam komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilsin”.

“Neftçi” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan