AFFA-nın prezidenti Byorn Kuyperslə görüşdü

AFFA-nın prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan UEFA hakimlər komitəsinin üzvü Byorn Kuyperslə görüşüb.

Allsport.az xəbər verir ki, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA hakimlər komitəsinin sədri Frank De Bleker də iştirak ediblər. Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Byorn Kuypers iki dəfə dünya (2014, 2018), üç dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FİFA referisi bir dəfə çempionlar liqasının (2014), iki dəfə Avropa liqasının (2013, 2018), bir dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.

Həmin kateqoriyadan

azenrutr