AFFA-nın təşkilatçıqda qüsurları: UEFA yanğına görə Sumqayıta qadağa qoydu

UEFA U-21 yığmamığın növbəti ev matçının yerinin dəyişdirilməsini tələb edir. Allsport.az saytı xəbər verir ki, noyabrın 14-də seçmə mərhələsi çərçivəsində Lixtenşteyni Sumqayıtda qəbul etməli olan gənclərimizə qadağa qoyulub. 

Ötən həftə İsveçrə U-21-i ilə matçda baş verən olaylar belə qərara səbəb olub. Matç zamanı “Kapital bank arena”da yanğın şıxması oyunun komissarının diqqətindən qaçmayıb. Qitə futbol qurumu da onun raporta əsasən, “Gənclik şəhəri”ndə matç keçirilməsini məqsədəuyğun bilmirlər.

Futbolinfo.az-ın məlumatına görə, AFFA-nın təşkilatçıqda qüsurları Sumqayıtı milli səviyyəli oyunsuz qoyacaq. Bu səbəbdən Lixtenşteynlə oyunun yenidən Bakıdakı stadionların birində keçiriləcəyi gözlənilir. AFFA hələ yekun qərar verməyib.

Həmin kateqoriyadan