AFFA rəsmisi Ər-Riyadda

Səudiyyə Ərəbistanının paytaxtında “Cityscape Global” daşınmaz əmlak və idman qurğuları sərgisi təşkil olunub. Allsport.az saytı xəbər verir ki, AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin direktoru Elçin Məmmədov qonaq spiker qismində çıxış etmək üçün təşkilatçılar tərəfindən tədbirə dəvət olunub.

Sərgi “Yaşamanın Gələcəyi” mövzusu altında Səudiyyə Ərəbistanının idman nazirliyi və digər dövlət orqanlarının dəstəyi ilə keçirilib. Tədbir qlobal miqyasda ən böyük daşınmaz əmlak sərgisi kimi tanınır və 160 000-dən çox beynəlxalq iştirakçını əhatə edir. Həmyerlimiz “Oyunlar və idman tədbirləri üçün idman qurğularının hazırlığı” mövzusunda çıxış edib.

Həmin kateqoriyadan