AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin direktoru Elçin Məmmədov UEFA-nın klubların lisenziyalaşdırılması komitəsinin iclasında üzv olaraq iştirak edib.

Allsport.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:

– Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;

– Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;

– Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;

– UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər.

Həmin kateqoriyadan