- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda I liqanın XXVI turunun “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda baş verənlərlə bağlı qərarlar qəbul olunub.
Qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şamaxı” 150 manat cərimələnib. Azarkeşlərin Lökbatan OİK stadionunda 3 ədəd oturacağı sındırması, “Şamaxı” futbolçuları tərəfindən soyunub-geyinmə otağında 1 ədəd qapının yararsız hala salınması ilə bağlı dəymiş zərər klub tərəfindən ödəniləcək.
4 futbolçusu sarı vərəqə alan qonaqlar 70 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” 80 manat cərimə edilib.