- Baxış sayı: 31
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 30
- Noyabr 26, 2024
- 0
Azərbaycan minatəmizləmə agentliyi işğaldan azad olunmuş və müharibənin təsirinə məruz qalmış ərazilərdə minatəmizləmə fəaliyyətinin icrası ilə paralel olaraq, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə qayğı göstərilməsi, onların daima mənəvi ruh yüksəkliyinin təmin olunması istiqamətində aparılan işlərə də böyük əhəmiyyət verir.
Allsport.az saytı xəbər verir ki, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə ANAMA və AFFA səylərini birləşdirib. Bakı olimpiya stadionunda tərəflər arasında müqavilə imzalanıb.
Sözləşmə, qarşıya qoyulan prioritet məqsədlərin həyata keçirilməsində tərəflərin əməkdaşlığını təmin etmək, mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması üçün birgə tədbirlər həyata keçirmək, minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası üçün onların müxtəlif futbol yarışlarında, digər kütləvi idman tədbirlərində iştirakını dəstəkləmək kimi vacib məsələləri özündə ehtiva edir.
Memorandumunu AFFA-nın baş katibi Sərxan Hacıyev və ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov imzalayıblar.