- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Afrika millətlər kubokunun təşkilat komitəsi Afrika futbol konfederasiyası (CAF) ilə razılaşdırılmış şəkildə stadionlarda boş qalan yerlərin doldurulması məqsədilə azarkeşlər üçün yeni güzəşt tətbiq edib.
Allsport.az xəbər verir ki, əgər oyunun başlamasından 20 dəqiqə keçdikdən sonra tribunalar tam dolmazsa, azarkeşlərin stadiona ödənişsiz daxil olmasına icazə verilir.
Belə bir hal Kamerun və Qabon yığmaları arasındakı qarşılaşmada (1:0) müşahidə olunub. Oyun demək olar ki, boş tribunalar qarşısında başlasa da, birinci hissənin gedişində stadionun böyük hissəsi dolub. 45 min tamaşaçı tutumu olan arenada oyunu 35 min 200 nəfərin izlədiyi açıqlanıb. Oxşar vəziyyət Konqo demokratik respublikası və Benin yığmalarının oyununda da qeydə alınıb; belə ki, ilkin olaraq 6 703 azarkeşin olduğu bildirilsə də, sonradan bu rəqəm 13 073-ə çatdırılıb.
Məlumata görə, turnirdə yalnız ev sahibi Mərakeşin, eləcə də Əlcəzair millisinin oyunlarına bütün biletlər tam satılıb.