Aftandil Hacıyev: “İki 90 dəqiqənin gücünü sərf etdik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın XXIII turunda baş tutan “Səbail”-“Qarabağ” (1:1) oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az xəbər verir ki, o, oyunu şərh edib:

“Ağır oyun oldu. Xal qazanacağımıza inanırdıq. Son matçlarda əzmkarlıqla seçilirdik. İlk hissədə hesabda önə keçsək də qoruyub, saxlaya bilmədik. İkinci hissədə də futbolçularımın sonadək mübarizə aparmaqlarını kənardan seyr etmək xoş idi.

Bu gün qızıl xal qazandıq. Hər xal bizim üçün çox önəmlidir. Bu gün görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik. Futbolçularımı təbrik edirəm! Rəqib komandaya da növbəti oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan