Aftandil Hacıyev: “Qəbələ” də artıq 2-ci yerə iddialılar sırasındadır

Premyer liqasının 5-ci turunda “Səbail” öz meydanında “Qəbələ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra ev sahibinin baş məşqçisi Aftandil Hacıyev bunu deyib:

“Çətin oyun oldu. Çempionatda 5 tur geridə qaldı. “Qarabağ” istisna olmaqla, digər komandalar ikinci yer üçün mübarizə aparacaq. “Qəbələ” də artıq bu yerə iddialılar sırasındadır. Oyun ərzində psixoloji üstünlük rəqibin tərəfində idi. Oyunun gedişində məcbur olduq ki, “B” planına keçək”.

Həmin kateqoriyadan