- Baxış sayı: 23
- 28 Noyabr 2024 22:16
- Baxış sayı: 112
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 3-cü turunda “Səbail” evdə liderliyə onunla şərik olan “Qarabağ”a 0:4 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransı meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev rəqibi yüksək qiymətləndirdi:
““Qarabağ”ı Avroliqanın qrupuna düşməsi, bugünkü qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 2 qələbədən sonra məğlub olmaq istəmirdik. Bilirdik ki, rəqib səhvləri bağışlamır. İlk dəqiqələrdə buraxdığımız qol gözlənilməz oldu. Toparlanmaq istədik, ancaq rəqib buna imkan vermədi.
Zəncirvari səhvlər belə acı məğlubiyyəti şərtləndirdi. Etiraf edək ki, “Qarabağ” digər komandalardan xeyli üstündür. O, Azərbaycan səviyyəsini aşıb. Onunla rəqabər aparmaq olmur. “Neftçi”də yaxşı futbolçular olsa da, oyun baxımından “Qarabağ” onu da üstələyir.