- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 12-ci turunda evdə “Sabah”a 1:2 hesabı ilə uduzan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“Bu matç maraq doğururdu. İki komanda da turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu. Heyətdə bəzi problemlərimiz var. Hücumçular – Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidir. Son məğlubiyyətdən sonra az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi. Çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış fasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdır. İddialı olacağıqsa, heyət güclənməlidir”.