- Baxış sayı: 41
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 21-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 0:0 hesabı ilə başa çatan oyunu şərh edib:
“Fasilədən sonra futbolçuların yenidən çempionata köklənməsinin çətin olacağını bilirdik. Bəzi aparıcı futbolçularımız da cəza və zədə səbəbindən bu gün komandaya kömək edə bilmirdi. Hendrik Ekşteyn zədəli, Əfran İsmayılovla Ruslan Hacıyev cəzalı idi. Onların üçü də komandamızın xüsusilə hücum planında önəmli futbolçulardır.
İlk yarıda üç qol epizodumuz da oldu. Fasilədən sonra qol epizodlarımız daha çox idi. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Bütövlükdə, futbolçularımın oyunundan və işə yanaşmasından razı qaldım. Bu gün bir xal qazandığımızı düşünürəm. Rəqib komandaya gəlincə, bu il Rəşad Sadıqovun sayəsində fərqli “Zirə” görürük”.