- Baxış sayı: 29
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Premyer liqanın 11-ci turunda “Neftçi” ilə oyunda qələbə “Sabah” üçün 2-qat yubiley olub. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu güclülər dəstəsində 40-cı dəfə 3 xal qazanıb. “Ağ-göylər”in 115-ci qarşılaşmada qazandığı 3:2 hesablı nəticə, 40-cı qələbə kimi tarixə düşüb.
Öz meydanında 20 dəfə 3 xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb.
“Sabah” həm premyer liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib – 1:0.