- Baxış sayı: 30
- 22 Sentyabr 2026 17:14
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Ağcabədi olimpiya idman kompleksində “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
Allsport.az xəbər verir ki, kurslara 20 nəfər cəlb olunub.
AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov iştirakçıları ilkin futbol bilikləri haqqında məlumatlandırıblar.
Kurs 3 gün davam edəcək.