- Baxış sayı: 35
- 09 Dekabr 2024 19:26
- Baxış sayı: 154
- Dekabr 09, 2024
- 0
2020-ci ilin olimpiya çempionu, yüngül çəkidə müvəqqəti WBA çempionu Albert Batırqaziyev 60 kq çəki dərəcəsində IBA dünya titulunu uğurla qoruyub.
Allsport.az xəbər verir ki, Ufada keçirilən turnirin əsas yarışında Batırqaziyev filippinli Albert Paqaranı məğlub edib. Dördüncü raunddan sonra Paqara zədə səbəbindən mübarizəni davam etdirməkdən imtina edib. Beləliklə, Batırqaziyevin qələbəsi beşinci raundda texniki nokautla elan edilib.
İlk dəfə ABB kəmərini qoruyan Batırqaziyevin bu gün yamaykalı Nikolas Uolterslə döyüşməsi nəzərdə tutulsa da, onların döyüşü ləğv edilib.
26 yaşlı Batırqaziyev 12 qələbə qazanıb və heç bir məğlubiyyət yaşamayıb.