- Baxış sayı: 31
- 07 Noyabr 2024 17:54
- Baxış sayı: 35
- Noyabr 08, 2024
- 0
Oktyabrın 8-ində Azərbaycan voleybol federasiyası ilə “Misli” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşmaya görə, bu mərc şirkəti bölgələrdə uşaq və yeniyetmə oyunçulara himəyadarlıq edəcək. Gələn mövsüm isə, “Misli” kişilərin yüksək liqasında çıxış etmək niyyətindədir. AVF-in vitse-prezidenti Faiq Qarayev buna münasibət bildirdi. Allsport.az saytına açıqlamasında dedi ki, yaxşı olar bu şirkət “Xarı Bülbül Şuşa”ya hamilik etsin:
““Misli” ölkə çempionatına qoşulmaq istəyir. Bu, təqdirəlayiqdir. Yaxın gələcəkdə elitada regionları təmsil edəcək klubların sayı artacaq. Bu üzdən, yaxşı olardı ki, “Misli”nin sponsorluq edəcəyi klubun adı “Xarı Bülbül Şuşa” olsun. Yəni, həmin şirkət ötən il maliyyə sıxıntısı üzündən fəaliyyətini dayandıran “Xarı Bülbül”ə himayədarlıq etsin. Öz dəyərlərimizə sahib çıxmalı, onu təbliğ etməliyik”.
Kamran HACI