- Baxış sayı: 41
- 06 Dekabr 2024 21:24
- Baxış sayı: 156
- Dekabr 09, 2024
- 0
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.
Allsport.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 3 idmançısı döyüşünü qələbə ilə başa vurub.
Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Boksçumuz bu mərhələdə türkiyəli Səməd Oruc Salihlə döyüşəcək.
Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Hüseynov yarımfinalda serbiyalı Omər Ametoviçlə üz-üzə gələcək.
Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Əhməd Mavriçlə qarşılaşacaq.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin döyüşləri oktyabrın 17-də olacaq.
Bir gün öncə yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.