- Baxış sayı: 34
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin U-17 komandası ikinci yoldaşlıq görüşünü keçirib.
Allsport.az xəbər verir ki, Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.