- Baxış sayı: 182
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 182
- Dekabr 05, 2025
- 0

“Neftçi” klubu futbolçu Turan Vəlizadə ilə müqavilənin müddətini artırıb. Allsport.az xəbər verir ki, anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi 2023-cü il mayın 31-dək “ağ-qaralar”a məxsus olacaq.
2020/2021 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə verilib.
Turan Vəlizadə 2018-2020-ci illər ərzində “Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb.