- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Azərbaycan idman ölkəsi kimi tanınır və bizim bu sahəsində qazandığımız təcrübə bir çox ölkələrdə tətbiq edilir”. Allsport.az saytı xəbər verir ki, həmin ifadəni Kiyevdə “İdmanda davamlı inkişaf və irs: perspektivlər və problemlər” mövzusunda keçirilən beynəlxalq konfransda Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev söyləyib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə olimpiya hərəkatı inkişaf etdiyini, Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərdiklərini deyib.
Azərbaycanda idmanın kütləviliyinin təmin olunduğunu vurğulayan dünya şöhrətli boks mütəxəssisi, ölkəmizdə Avropa və İslam həmrəyliyi oyunlarınln yüksək səviyyədə keçirildiyini əlavə edib. Azərtac.az-ın məlumatına görə, MDB və qitənin 30-dan çox ölkəsinin nümayəndələrinin qatıldığı tədbirdə Ukrayna və Belarus dövlətinin təmsilçiləri beynəlxalq yarışların keçirilməsində və idmançıların yetişdirilməsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.