- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “İnter”lə qarşılaşacaq “Qarabağ” klubu, dünən İtaliyada ilk məşqinə çıxıb. Allsport.az klubun saytına istinadən xəbər verir ki, srağagün çarter reysi ilə birbaşa Milana gələn Ağdam təmsilçisi, həmin günü istirahətlə keçirib. Dünən yeganə məşqlə kifayətlənib.
“Qarabağ”ın heyətində zədəli olan Danilo Dias və Çumbinyo İtaliyaya gətirilməyib, digər futbolçular isə komanda ilə birlikdədir. Qurban Qurbanovun komandası yerli vaxtla saat 12:00-da məşqə çıxıb, hazırlıq 90 dəqiqə davam edib.
Bu gün “Qarabağ” oyun öncəsi son məşqinə çıxacaq. Hazırlıq matçın keçiriləcəyi meydanda yerli vaxtla 19:30-da, Bakı vaxtı ilə isə 22:30-da baş tutacaq.