- Baxış sayı: 39
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

“İƏT Həftəsi” çərçivəsində iqtisadi əməkdaşlıq təşkilatının (İƏT) gənclər forumunun nümayəndə heyəti Ağdama səfər edib.
Allsport.az xəbər verir ki, 7 ölkədən 100-dən artıq nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub.
Ekskursiya çərçivəsində qonaqlar Ağdam dəmir yolu və avtovağzal kompleksi, Ağdam muğam mərkəzi və tarixi Ağdam cümə məscidini ziyarət ediblər. Nümayəndələr şəhərin keçmişi və yenidən qurulan gələcəyi barədə ətraflı məlumat əldə ediblər.
Səfərin sonunda iştirakçılar üçün Azərbaycan mədəniyyətini əks etdirən ziyafət və mədəni-əyləncəli proqram təşkil olunub.
“İƏT Həftəsi” çərçivəsində iqtisadi əməkdaşlıq təşkilatının gənclər forumu regionda gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.