- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Qəbələ” premyer liqanın XIII tur oyununda “Araz-Naxçıvan”ı məğlub edib – 2:1.
Allsport.az xəbər verir ki, matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev bunu deyib:
“Ağır məğlubiyyət oldu. Rəqibin təzyiqini düşündüyümüzdən daha çox hiss etdik. İki fərqli hissə keçirdik. Birinci hissədə nəzarət tərəfimizdə idi, amma fasilədən sonra bu üstünlüyümüzü itirdik.
Komanda olaraq toparlanmalı, silkələnməliyik ki, gələcək oyunlarda daha yaxşı nəticə qazanaq”.