“Ağır, mübarizəli oyun oldu”


Azərbaycan premyer liqasının XIX turunda keçirilən “Zirə” – “Araz-Naxçıvan” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, o, matç barədə fikrini açıqlayıb: 

“Ağır, mübarizəli oyun oldu. Məğlub olsaq da, bunu faciəyə çevirməməli, növbəti görüşü düşünməli və hazırlaşmalıyıq.

Qaranı fasilədə əvəzlədik, düşündük ki, bu şəkildə davam etsə, emosiyalarına hakim ola bilməz. Futbolda belə hallar olur. Hər iki komandanın oyunçuları mübarizədən qopmadılar”.

Həmin kateqoriyadan