Ağırlıqqaldıranımız 1-ci oldu, erməni idmançı Azərbaycan himninə dözmədi. AAF hansı addımı atacaq?

Albaniyanın Dürres şəhərində yeniyetmələr və 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionatında Ravin Alməmmədov (qeyri-olimpiya dərəcəsi – 79 kq) birdənqaldırmada 151 kq, təkanla 189 kq-ı ram edib. Toplamda 340 kq nəticə göstərib. Allsport.az saytı xəbər verir ki, ilk hərəkətdə bürünc, təkanla qızıl medal qazananara toplamda Avropa birinciliyinin qalibi olub.

Mükafatçılara medalları Beynəlxalq ağırlıqqaldırma federasiyasının “Məsləhət qrupu”nun üzvü, eləcə də Azərbaycan ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, “Göyəzən” klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.

Gümüş medala 338 kq nəticə (150 kq+188 kq) Ermənistan təmsilçisi Narek Mkrtçyan layiq görülüb. Lakin o, mükafatladırmada “ədalətli oyun” qaydasına riayət etməyib – Azərbaycanın dövlət himni səsləndirildiyi vaxt idmançıya yaraşmayan ləyaqətsiz hərəkətlərə yol verib.

Bu, Ərmənlərdə yaşayan soysuzların ağırlıqqaldırma növündə ölkəmizə qarşı ilk təxribatı deyil. 2023-cü ildə İrəvanda keçirilmiş Avropa çempionatının açılış mərasimində onlar bayrağımızı yandırmışdılar. Bundan sonra Azərbaycan seçməsi yarışa qatılmaqdan imtina edərək, Gürcüstan ərazisindən vətənə qayıtmışdı. Beynəlxalq ağırlıqqaldırma federasiyası cəza olaraq Ermənistanda keçirilməli olan dünya çempionatı-2024-ü onun əlindən almışdı.

Həmin kateqoriyadan